"Azərbaycanın Milli Qəhrəmanı" Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Fiqurə Rüstəmova, təlim tərbiyə işləri üzrə müavin Camal Mirzəyev, dərs hissə müdiri İmani Məhbub, məktəbin pedaqoji kollektivi və məktəb şagirdləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərimizin əziz ruhunu bir dəqiqəlik sükutla yad edərək ona Allahdan rəhmət dilədilər. Çıxış edən natiqlər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışıblar. Sonra məktəb şagirdləri Azərbaycan xalqının dahi şəxsiyyətinə həsr edilən şeirlər səsləndirmişlər.